Azərbaycandakı Fransız İnstitutunda Meksikanın ölkəmizdəki səfiri tərəfindən "Meksika, Fransa və Frankofoniya" adlı məruzə təqdim olunub. SİA-nın məlumatına görə, Frankofoniya həftələri çərçivəsində keçirilən bu tədbirin məqsədi Meksikada fransız təsirinə və fransız dilinin istifadə olunması, öyrənilməsində əks olunmasına baxış keçirmək idi.
Səfir Rodrigo Labardini qeyd edib ki, fransız mədəniyyəti Meksikada memarlıq, mətbəx, dəb və əlbəttə ki, ədəbiyyat, fransız dilinin istifadəsi kimi sahələrdə, Meksikanın ictimai həyatında öz əksini tapıb. Onun sözlərinə görə, Meksika Frankofoniya üzrə Beynəlxalq Birliyinin Müşahidə Dövləti və fransız dilini öyrənən tələbələrin yüksək sayına görə Latın Amerikasının lider ölkəsidir.
Qeyd etmək lazımdır ki, Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Rumınıya və İşveçrə səfirlikləri ilə birgə bu diplomatik nümayəndəlik 1-22 aprel tarixlərində keçirilən fransız dili və Frankofoniya bayramını qeyd etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB