“Tarix-diyarşünaslıq muzeylərində İslami dəyərlərin təbliği” FOTOLAR
Ölkə prezidenti cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Sərəncamını rəhbər tutaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz 6 aprel 2017-ci il tarixində Salyan rayon tarix-diyarşünaslıq muzeyində "İslam Həmrəyliyi İli"nə həsr olunmuş "Tarix-diyarşünaslıq muzeylərində İslami dəyərlərin təbliği" mövzusunda təlim keçirmişdir.
Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayonlarının tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarının iştirakı ilə keçirilmiş təlimin məqsədi həmin muzeylərin əsas fondlarında qorunan eksponatların nümayişində islami dəyərlərin təbliğinin aktuallığı, dünyaya islam aləmi ilə digər konfessiyalar arasında harmoniyanın göstərilməsi, islam mədəniyyəti, Azərbaycan mədəniyyəti incilərinin Avropa muzeylərində nümayiş etdirilməsi, dünya ictimaiyyətinə təbliğatı barədə məlumatların və bu sahədə biliklərin aşılanmasıdır.
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynovun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin iştirakı ilə keçirilən tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova, muzeyin Silahlar və bayraqlar fondunun müdiri Sevinc Vahabova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Strateji araşdırmalar sektorunun müdiri Pakizə Almazova mövzu ətrafında çıxış etmişlər. Bu təlimin ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti vacib addımlardan olacağı vurğulanmışdır.
Qeyd etmək lazımdır ki, Mərkəzlə Azərbaycan Milli Tarixi muzeyi arasında imzalanmış əməkdaşlıq Memorandumuna əsasən bu tip təlim xarakterli tədbirlər respublikamızın digər rayonlarında da təşkil olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB