Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında keçən il aprel ayında baş verən döyüşlərə həsr olunan "Bitməyən savaş" adlı tədbir-sərgi keçirilib. SİA-nın məlumatına görə, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında "Dördgünlük müharibə" kimi tarixə düşmüş hərbi münaqişə baş vermişdi. Bu döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin ediblər.
Muzeydə təşkil olunan sərgidə 2016-cı il aprel döyüşlərində həlak olan Əbdülməcid Axundovun, Fəxrəddin Qurbanlının, Samid İmanovun, Müşfiq Orucovun, Orxan Müstəcəbovun, Vüqar Yusifovun, Murad Mirzəyevin, Raquf Orucovun, Pəncəli Teymurovun əşyaları nümayiş olunub.
Çıxışçılar Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, şəhidlər Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Orxan Müstəcəbovun anası Şəhla Müstəbəcova, Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, aprel döyüşlərinin iştirakçısı Rəşad Həşimov, hərbçi Anar Hüseynli, jurnalist Aida Eyvazlı aprel döyüşlərindəki qələbənin böyük qələbəmizin başlanğıcı olduğunu vurğulayıblar.
Azərbaycan xalqının mübarizliyindən, Ordumuzun gücündən danışdılar. Jurnalist Aida Eyvazlı çıxışından sonra özünün müəllifi olduğu "Qalibiyyət. Şahidlər və şəhidlər" adlı kitabını muzeyə təqdim edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri tərəfindən kompozisiya nümayiş olunub.
Tədbirdə şəhidlərin qohumları və dostları, Milli Məclisin üzvü Hikmət Babaoğlu, Milli Qvardiyanın əsgərləri, Daxili Qoşunların şəxsi heyəti, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və digər qonaqlar iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB