Aprelin 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti təqdim olunacaq. SİA-nın məlumatına görə, səhnə əsəri görkəmli bəstəkarın 110 illiyi çərçivəsində nümayiş olunacaq.
Səhnə əsərində rolları Xalq Artisti Gülağası Mirzəyev və Əməkdar artistlər Tamilla Məmmədzadə və Makar Ferştandt ifa edəcək.
Tamaşanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Qeyd edək ki, "Qız qalası"nın ilk nümayişi 1940-cı il aprelin 16-da baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB