"İşğal altında olan muzeylərimizdəki xalçalar erməni adı ilə satılır" komitə sədri
"Bu gün Azərbaycanda 200 muzey var. Lakin onlardan 22-si işğal atındadır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov komitənin bu bugünkü iclasında deyib.
İşğal altında olan muzeylərdəki xalçaların erməni adı ilə satıldığını deyən R. Hüseynov söyləyib ki, Azərbaycanın mədəni irsinə "qəsd" və mənimsəmək kimi cəhdlər hər zaman olub, bu gün də var: " "Bunun qarşısının alınması istiqamətində işlər görülməlidir".
Cari ilin may ayında Azəraycanda IV İslam Həmrəylik Oyunlarının keçirildiyini deyən komitə sədri söyləyib ki, belə yarışların ölkəmizdə keçirilməsi mədəniyyətimizin tanıdılması istiqamətində mühüm rol oynayacaq: "Hər birimiz Azərbaycan mədəniyyətini təbliğ etmək, qorumaq istiqamətində səylərimizi davam etdirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB