Bakıda Fransa qastronomiya günləri başlayır

Bakıda Fransa qastronomiya günləri başlayır

Bakıda Fransa qastronomiya günləri başlayır. SİA-nın məlumatına görə, bununla bağlı Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez mətbuat konfransı keçirib.

O bildirib ki, bu tədbir Fransız mətbəxinin mükəmməlliyini, yenilik bacarığını və bunlarla bağlı dəyərləri, yemək mədəniyyətini, məhsulların keyfiyyətinə diqqəti təqdim etmək üçün bir fürsətdir.

Diplomat deyib ki, artıq üçüncü dəfədir bu tədbir keçirilir. Bu il qastronomiya günləri daha geniş şəkildə təşkil olunacaq. A.Buşezin sözlərinə görə, aprelin 15-dək müxtəlif restoranlarda tədbirlər keçiriləcək. Məqsəd Fransız məhsullarını Azərbaycanda tanıtmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə