Cəmil Sədizadə Vladimir Kraynev adına II Moskva Beynəlxalq pianoçuların müsabiqəsində

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin üçüncü sinif şagirdi Cəmil Sədizadə Vladimir Kraynev adına II Moskva Beynəlxalq pianoçuların müsabiqəsində iştirak edib. Baş İdarədən SİA-ya bildirilib ki, on nəfərdən ibarət münsiflər heyətinin qərarına əsasən gənc pianoçu diplomat adını qazanıb.

Hazırda 9 yaşlı pianoçu növbəti müsabiqəyə hazırlaşır. O, mayın 1-dən 8-dək Gürcüstanda keçiriləcək Beynəlxalq Gənc pianoçuların müsabiqəsində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə