Azərbaycanlı tələbə beynəlxalq yaradıcılıq festivalında birinci oldu
Gürcüstanda "Qamarcoba Tbilisi bahar 2017" adlı üçüncü beynəlxalq yaradıcılıq festivalı keçirilib. Müsabiqədə Azərbaycanı Milli Konservatoriyanın II kurs tələbəsi Orxan Zeynalov təmsil edib. Konservatoriyadan SİA-ya bildirilib ki, instrumental ifaçılıq nominasiyası üzrə müsabiqədə 6 ölkədən 46 ifaçı iştirak edib. O.Zeynalov instrumental ifaçılıq nominasiyası üzrə 18 yaşdan yuxarı qrupda müsabiqəyə qatılaraq S.Ələsgərovun "Daimi hərəkət" və Pailaşvilinin "Lerkeri" əsərlərini məharətlə ifa edib.
Münsiflərin yekdil qərarı ilə Orxan Zeynalov I dərəcəli diplomla təltif olunaraq müsabiqənin laureatı adını qazanıb. Münsiflər O. Zeynalov və onun konsertmeysteri gənc pianoçu Nərmin İsgəndərovanı bu il Sankt-Peterburqda keçiriləcək müsabiqəyə dəvət ediblər.
Qeyd edək ki, Orxan Zeynalov dəfələrlə respublika müsabiqəsinin laureatı olub. O, Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar Müəllim Yusif Vəliyevin şagirdidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB