“İçərişəhərdə bahar” mövzusunda sərgi açılıb

“İçərişəhərdə bahar” mövzusunda sərgi açılıb

"Art Villa" qalereyasında "Açıq səma altında plener-15" təşkil edilib. SİA-nın məlumatına görə, Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener "İçərişəhərdə bahar" mövzusuna həsr edilib. Tədbir çərçivəsində açıq səma altında rəssamlar tərəfindən müxtəlif janrlı rəsm əsərləri yaradılıb. Tədbirdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak ediblər.

Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə