Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında aprel şəhidlərinə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Vətən torpaqları uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə aprel döyüşləri zamanı şəhid olmuş Müşfiq Orucovun atası Arif Orucov oğlu ilə bağlı xatirələrini bölüşüb.
Xəzər rayon 117, 123 və 218 nömrəli tam orta məktəblərinin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Tədbirin sonunda aprel döyüşlərində şəhid olmuş Kamran Şirəliyevin xatirəsinə ekranlaşdırılan film nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB