Martın 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar İncəsənət Xadimi, maestro Azad Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə akademiyanın "Baku Chamber Orchestra"sının Gənclər Kamera Orkestri və solistlər - Murad Adıgözəlzadə, İlham Nəzərov, Kristina Rəhimova, Aydan Həsənova, Orxan Cəlilov, Sevda Hüseynova çıxış ediblər.
Maraqla qarşılanan konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Orkestrın bədii rəhbəri və dirijoru Fuad İbrahimovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB