Bakıda əl işləri festivalı keçiriləcək

Bakıda əl işləri festivalı keçiriləcək

Aprelin 14-də "Kapelhaus" Azərbaycan-Alman Mədəniyyət Mərkəzində növbəti dəfə əl işləri festivalı keçiriləcək. SİA-nın məlumatına görə, hər il ənənəvi olaraq keçirilən sərgi 7-ci dəfədir gerçəkləşir. Festival çərçivəsində açılacaq sərgidə müxtəlif yaşlı fırça ustalarının bahar ruhlu rəngarəng əl işləri nümayiş olunacaq.

İki gün davam edəcək sərgidə əsərlərin satışı da keçiriləcək.

Qeyd edək ki, festival sözügedən məkanda ildə iki dəfə təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə