Martın 31-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) azərbaycanlılara qarşı erməni soyqırımının 99 illiyinə həsr olunan tədbir keçirilib. ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SİA-nın məlumatına görə, ATMU-da rektor səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru,dos. Eldar Aslanov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin "Böyük Ermənistan" adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törədilən qətliam və soyqırımı aktlarının reallaşması ilə nəticələndiyini, qanla yazılan tarixin zaman-zaman təkrarlandığını detallı faktlarla isbatlayıb. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan "Azərbaycanlıların soyqırımı haqqında" hüquqi-siyasi əhəmiyyətli Fərmanda Cənubi Qafqazın azərbaycanlı əhalisinə qarşı törədilən kütləvi qırğın və soyqırımları və etnik düşmənçilik siyasətinin tarixi kökləri təsdiqini tapıb. İndiki və gələcək nəsillərin milli yaddaşının qorunmasında "Azərbaycanlıların soyqımı haqqında" Fərmanın proqram sənəd olduğunu deyən E.Aslanov martın 31-nin siradan bir gün deyil, ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü səviyyəsində tarixləşdiyini diqqətə çatdırıb. Statusundan asılı olmayaraq bütün təhsil müəssisələrində olduğu kimi ATMU-da da bu gün (31 mart) ilk dərs saatlarının azərbaycanlıların soyqırım və deportasiyalara məruzqalma səbəblərinin tarixi köklərinə həsr edildiyini deyib.
ATMU-nun dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı "Azərbaycanlılara qarşı erməni soyqırımlarının tarixi təhlili" mövzusunda məruzəsində qeyd edib ki, təkcə XX əsrdə soydaşlarımıza qarşı ermənilər tərəfindən aparılan soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində 1918-1929-cu illərdə tarixi ərazilərimizin 29,8 min km2, 1991-1993-cü illərdə isə 20 faizi işğala məruz qalıb. Xüsusən ötən əsrin əvvəllərindən başlayaraq imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə silahlı erməni millətçiləri və daşnak birləşmələri tərəfindən Bakıda,Şamaxıda.Qubada,Göyçayda,Lənkəranda,Salyanda,Zəngəzurda,Qarabağda,
Naxçıvanda və sair bölgələrdə yaş fərqinə məhəl qoymadan minlərlə soydaşımız qəddarlıqla öldürülüb. Qars və digər ərazilərdə azərbaycanlıların vəhşıcəsinə öldürülməsində birbaşa iştirak edən erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramstden Hartviel "İnsanlar belə imişlər"adlı kitab yazıb. Erməni zabiti kitabın müəllifi ilə söhbətində ingilislərin və rusların yardımı ilə təkcə Bakıda mart qırğını zamanı 25 min azərbaycanlını qətlə yetirdklərini bildirib.Azərbaycanlıların soyqırımı gününə həsr olunan tədbirdə çıxış edənlər 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan,uşaqlardan,yaşlılardan ibarər 3 min nəfərlik azərbaycan köçünün pusquya salınaraq məhv edilməsini, İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlının qətlə yetirilməsini ürək ağrısı ilə xatırladıblar.Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Ermənistanın bütün dünyada işğalçı dövlət kimi tanınacağına əmin olduqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB