ATMU-da “Korporativ idarəetmə” və “Menecmentin nəzəriyyəsi” fənlərinə dair mühazirə saatları keçirilib

ATMU-da “Korporativ idarəetmə” və “Menecmentin nəzəriyyəsi” fənlərinə dair mühazirə saatları keçirilib

Almatı İqtisad və Statistika Akademiyası (AİSA) və Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasındakı ikitərəfli əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən AİSA-nın İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Nailə Şiqanbayeva ali təhsil müəssisəsində tələbələrə "Korporativ idarəetmə" və "Menecmentin nəzəriyyəsi" fənlərinə dair mühazirə saatları keçirib. SİA-nın məlumatına görə, bir həftəlik mühazirə saatlarında Qazaxstanın turizm sektorunda Korporativ idarəetmənin rolu və son illərdə ölkələrimizin turizm sahəsində potensial imkanlarından faydalanmanın səmərəsi barədə tələbələrlə maraqlı diskussiyalar təşkil olunub.

Səfər çərçivəsində universitetlərarası əlaqələrin daha da möhkəmləndirilməsi üçün N.Şiqanbayeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, Menecment kafedrasının müdiri İsrayıl İsgəndərov, eləcə də kafedra müəllimlərinin iştirakı ilə keçən dəyirmi masa söhbətində prioritet inkişaf istiqamətləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə