Meksikanın Azərbaycandakı səfirliyi Bakıda 1-22 aprel tarixlərinə keçiriləcək "Frankofoniya həftələri"ndə iştirak edəcək. SİA-ya səfirlikdən verilən məlumata görə, tədbirlərdə Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Rumınıya və İşveçrə səfirlikləri də təmsil olunacaq.
Tədbirin açılış mərasimində Meksika səfiri Labardini çıxış edərək ölkəsində fransız dilinin vacibliyini vurğulayıb. Diplomat qeyd edib ki, Meksika ilə fransızdilli ölkələr arasında geniş coğrafi məsafəyə baxmayaraq Meksika ilə Frankofoniya anlayışı mədəni müxtəliflik, dözümlülük və plüralizm kimi birgə dəyərləri bölüşürlər.
Frankofoniya həftələri çərçivəsində, aprelin 6-da Azərbaycandakı Fransız İnstitutunda səfir Labardini "Meksika, Fransa və Frankofoniya" adlı məruzə təqdim edəcək. Məruzənin məqsədi Meksikada fransız təsirinə və onun fransız dilinin istifadə olunması və öyrənilməsində əks olunmasına baxış keçirtməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB