“Bir möhlət istəyirəm ömürdən” görüş

“Bir möhlət istəyirəm ömürdən” görüş

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin S.Bəhlulzadə adına mədəniyyət sarayı və 84 nömrəli tam orta məktəbin kollektivi Xalq Şairi Nəriman Həsənzadə ilə "Bir az möhlət istəyirəm ömürdən" adlı görüş keçirib. Baş İdarədən SİA-ya bildirilib ki, görüşdə şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra şairin həyat və yaradıcılığı, keşməkeşli ömür yolu, işgüzar fəaliyyəti, müxtəlif janrlarda yazılmış əsərləri və ona olan ümumxalq məhəbbəti haqqında geniş məlumat verilib. Şagirdlərin ifasında Xalq Şairinin şeirləri və sözlərinə yazılmış mahnılar səsləndirilib. Tədbirdə, həmçinin mədəniyyət sarayının solistlərinin ifasında da şairin əsərləri və dillər əzbəri olan nəğmələri səsləndirilib.

Sonda N.Həsənzadə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına, iştirakçılara təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə