Kulinarların elmi-praktiki konfransı keçirilib

Kulinarların elmi-praktiki konfransı keçirilib

Turizm və Menecment Universitetində Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib. Əvvəlcə qonaqlar aşpazların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.SİA-nın məlumatına görə, konfransda AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanovun "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə milli mətbəxin yeri və restoran biznesinin rolu" mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə milli kulinariyamızla bağlı mütəxəssislərin maraqlı çıxışları dinlənilib və fikir mübadiləsi aparılıb.

Sonda mətbəx nümunələri sərgisində iştirak edən aşpazlar mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə