"Xudocestvennaya literatura" nəşriyyatı Azərbaycanın Xalq Yazıçısı Elçinin "Baş" romanını rus dilində nəşr edib. SİA-nın məlumatına görə, çap olunmuş kitabın annotasiyasında əsərə və ümumiyyətlə, Elçin yaradıcılığına yüksək qiymət verilir. Romanı rus dilinə A.Mustafazadə tərcümə edib.
"Baş" romanı digər xarici ölkə nəşriyyatlarının da böyük marağına səbəb olub. Bu səbəbdən də hazırda roman Türkiyə, Almaniya, İngiltərə, Gürcüstanda və Moldovada çapa hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB