“Jizel” baleti növbəti dəfə səhnədə

“Jizel” baleti növbəti dəfə səhnədə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın "Jizel" baleti növbəti dəfə təqdim olunub. SİA-nın məlumatına görə, səhnə əsərində Jizel obrazını ilk dəfə olaraq truppanın gənc solisti Cəmilə Kərimova ifa edib.

O, səhnəni Əməkdar Artist Makar Ferştandt ilə bölüşüb. Paytaxt sakinləri ilə yanaşı, bir sıra xarici qonağın da qatıldığı nümayiş anşlaqla keçib.

Qeyd edək ki, balet Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə