Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan "Hüseyn Cavid. Pyeslər" kitabı Cavidsevərlərin ixtiyarına verilib. SİA-nın məlumatına görə, kitabda görkəmli şair, dramaturq Hüseyn Cavidin "Ana", "Şeyx Sənan", "İblis", "Səyavuş" və "Xəyyam" pyesləri toplanıb. Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan "Əsərləri" 5 cildliyindən götürülərək tərtib edilib. Və yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb.
Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab "Təhsil" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB