Praqada Bakı Dövlət Universiteti və Karl universitetlərinin biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında fotosərgi keçirilib. SİA ölkəmizin Çexiyadakı səfirliyinə istinadən xəbər verir ki, fotosərgi hər iki universitetin biologiya fakültəsinin təşkilatçılığı və Azərbaycan səfirliyinin töhfəsi əsasında təşkil edilib. Səfir Fərid Şəfiyev sərginin keçirildiyi Botanika bağına gələrək Azərbaycan haqqında nümayiş etdirilən fotolarla tanış olub. Diplomat sərgi təşkilatçıları ilə görüşüb və Azərbaycan səfirliyinin tədbirin keçirilməsinə töhfə verməsindən, ölkələrimizin universitetləri arasında çox yaxın əməkdaşlıq əlaqələrinin bərqərar olmasından məmnunluğunu ifadə edib.
Sözügedən sərgidə Azərbaycanın flora və faunası, milli təbii qoruqları, ölkəmizin təbiətinin əsrarəngiz zənginliyini ehtiva edən fotolar nümayiş etdirilib və sərgiyə təşrif buyuran qonaqların marağına səbəb olub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB