Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzində Vaşinqton Milli Simfonik Orkestrinin aparıcı solistləri Moskva musiqi məktəblərinin şagirdləri, ixtisaslaşmış musiqi məktəbləri, kollecləri və ali məktəblərinin tələbələri üçün ustad dərsi keçəcəklər. SİA-nın məlumatına görə, ustad dərsi Mstislav Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondunun "Musiqinin sehrli dünyası" layihəsi çərçivəsində reallaşacaq.
AZƏRTAC fondun saytına istinadla xəbər verir ki, ustad dərsi xüsusi istedadlı uşaqların dəstəklənməsinə, onların inkişafı və ifa texnikasının təkmilləşdirilməsi üçün əlavə stimul yaradılmasına yönəlib.
2016-cı ilin dekabr ayından Mstislav Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondunun Moskva Şəhər İctimaiyyətlə Əlaqələr Komitəsinin dəstəyi ilə reallaşdırdığı "Musiqinin sehrli dünyası" sosial layihə bu ilin noyabrınadək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB