Vaqif Gərayzadə 56 yaşını qeyd edir

Vaqif Gərayzadə 56 yaşını qeyd edir

Bu gün əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür. SİA-nın məlumatına görə, o, 56 yaşını qeyd edir.

Qeyd edək ki, V. Gərayzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Bir çox hit musiqilərin müəllifi olan bəstəkar Azərbaycan estradasında xalq artistləri Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın, əməkdar artist Röya Ayxanın və bir çox tanınmış müğənnilərin yetişməsində böyük rol oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə