Əbülfəs Qarayev İsmayıllıda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev İsmayıllıda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 29-da İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, saat 11:00-da Heydər Əliyev Mərkəzində ( Heydər Əliyev pr., 59 ) başlayacaq qəbulda nazir Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə