ABŞ-ın əfsanəvi rok-n-rol ifaçısı Çak Beri martın 18-də 90 yaşında vəfat edib. Xarici KİV-lər bildirir ki, "Johnny B. Goode", "Roll Over Beethoven", "Sweet Little Sixteen" kimi unudulmaz əsərlərin müəllifi olan Ç.Beri Missuridəki evində dünyasını dəyişib. Əfsanəvi gitara ifaçısı bir sıra musiqi nəsillərinin yararlandığı böyük irs qoyub gedib.
O, 1950, 60 və 70-ci illərdə məşhur olan "Sweet Little Sixteen", "School Days", "My Ding a Ling" kimi hitlərin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB