Lənkəranda turizm sərgisi keçirildi FOTOLAR

Lənkəranda turizm sərgisi keçirildi FOTOLAR

Novruz bayramı ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzinin təşəbbüsü, Heydər Əliyev Mərkəzinin iştirakı ilə martın 16-da Lənkəran Heydər Əliyev Mərkəzində turizm sərgisinə start verilib. SİA-nın məlumatına görə, sərgidə əl sənəti nümünələri və turizmlə bağlı hazırlanan çap məhsulları ilə yanaşı Lənkəranın turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət fotosərgi də təqdim olundu. Sərginin birinci günü "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Lənkəranda səfərdə olan Azərbaycanın 7 rayonunun təmsilçiləri sərgi ilə tanış oldular və sərgi onların böyük marağına səbəb oldu. Sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi və TİM tərəfindən qonaqlar üçün Heydər Əliyev Mərkəzinin rəqs dərnəyinin üzvləri tərəfindən milli rəqsələr təqdim olundu və maraqlı konsert proqramı nümayiş olundu. Qonaqlara TİM tərəfindən hazırlanan buklet, flayer, təqvim və digər çap məhsulları verildi. Eyni zamanda TİM tərəfindən Lənkəranla bağlı hazırlanan 5 səhifədən ibarət 300 ədəd qısa ensiklopedik məlumat paylanıldı. Sərgi mart ayının 16-dan 29-na kimi davam edəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə