Mərkəzi Elmi Kitabxananın təşkilatçılığı ilə litvalı müəlliflərin "Qara bağın faciəsi" litva dilində və "Millətlərin Qafqaza köçü XX əsr" adlı kitabın litva və rus dillərində təqdimat mərasimi keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə tarixçilər, elmi işçilər, ictimai-siyasi xadimlər iştirak ediblər. AMEA – nın İctimai Elmlər Bölməsinin rəhbəri Nərgiz Axundova tədbiri açıq elan edib. Bu iki əsərin ölkəmizdən kənarda ərsəyə gəlməsi xalqımız, millətimiz üçün vacib amil olduğunu qeyd edib. İki xarici dövlətin nümayəndəsinin yazdığı kitab dövlətimiz üçün əhəmiyyət kəsb edir və bu, çox müsbət haldır. Əsər ərsəyə gələn zaman müəlliflər həm Azərbaycan, həm də xarici müəlliflərin əsərlərinə müraciət ediblər.
Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Nəbizadə isə qeyd edib ki, bu kitabların işıq üzü görməsi Qarabağ münaqişəsi tarixi kitabının nəşri müsbət hallardan biridir. Bu kitab Qarabağda baş verənlərin dünyaya çatdırılmasında rol oynamaqla yanaşı, ermənilərin etdiklərini ifşa edir.
"Millətlərin Qafqazda köçü XX əsr" kitabının müəllifi professor Alqimantas Liyekis ötən əsrdə baş verən hadisələrin Azərbaycan xalqının tarixi səhifəsinə qanlı tarix kimi yazıldığını qeyd edib: "Bu kitabda çox ağır günlər keçirən, faciələr yaşayan xalqın taleyindən bəhs edilir".
"Qara bağın faciəsi" əsərinin müəllifi litvalı jurnalist Qintaras Visotskas Azərbaycanın bir çox ərazilərinə etdiyi səfərdən danışıb. Müəllif qeyd edib ki, bu əsəri yazmadan öncə cəbhə bölgəsinə səfər edib: "Azərbaycan daha çox kitablar dərc etlməli və yaymalıdır. Bununla yanaşı, Litva xalqının Azərbaycandan öyrənəcəyi çox şey var. Biz litvalılar Azərbaycanın tarixini yaxından öyrənib, dostluq əlaqələrimizi daha da möhkəmləndirməliyik".
Digər çıxış edənlər bu kitabın xalqımızın tarixini əks etdirmək baxımından əhəmiyyətini, vacibliyini vurğulayıblar.
Hər iki kitab Azərbaycan xalqının tarixini, keçmişini dərindən tədqiq edir. Kitabda qədim zamanlardan Azərbaycan xalqının öz torpaqlarında yaşadığını sübut edən faktlar və tarixi sənədlər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB