Azərbaycan Yazıçılar Birliyində istedadlı şair Sabir Zamanlının "Ömür məndən inciməsin" adlı şeirlər kitabının təqdimatı olub. SİA xəbər verir ki, yazıçılar Birliyindən bildirilib ki, tədbirdə şair-tənqidçi Balayar Sadiq şairin məhsuldar yaradıcılıq yolundan, əzmkarlığından, şeirlərinin ümumi ruhundan, oxucularda yaratdığı xoş ovqatdan danışıb.
Təqdimat mərasimində şairin qələm dostları kitabındakı şeirləri hərtərəfli və geniş şəkildə xarakterizə edərək onun zəhmətkeşliyi ilə yanaşı, tənqidə açıq olduğunu bildiriblər.
Tədbirin sonunda S.Zamanlı yaradıcılığına verdikləri yüksək qiymətə görə iştirakçılara minnətdarlığını bildirib, bu görüşün onun üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB