Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup müəllim və tələbəsi bu günlərdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhərinin Şağan kəndində fəaliyyət göstərən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində olublar. SİA-nın məlumatına görə, adı qeyd edilən müəssisəyə ziyarətin təşkilində başlıca məqsəd valideyn himayəsindən məhrum uşaqlara mərhəmətli insanlar əhatəsində olduqlarını, qayğı və diqqətdən kənarda qalmadıqlarını bildirmək idi. Ali təhsil müəssisəsinin müəllim və tələbələri sağlam həyat tərzindən məhrum soydaşlarımız üçün yaradılan şəraitlə tanış olublar. Uşaqların əl işlərindən ibarət sərgiyə baxış zamanı isə tələbələrə 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin sakini Tərlanın hazırladığı suvenir hədiyyə olunub.
Uşaq və qocalar evinə, eləcə də əlillər və sağlamlıq imkanları məhdud uşaqların yaşadığı müəssisələrə Azərbaycan Turizm və Menecment Universiteti kollektivinin vaxtaşırı ziyarət etməsi, tələbələrdə mərhəmət hissinin daha da güclənməsinə xidmət edir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB