“İçəri Şəhər” bədii filmi növbəti beynəlxalq festivala dəvət alıb

“İçəri Şəhər” bədii filmi növbəti beynəlxalq festivala dəvət alıb

İlqar Safatın "İçəri Şəhər" bədii filmi Hindistanın Kottayam və Nilambur Beynəlxalq Film Festivallarına dəvət alıb. SİA-nın məlumatına görə, filmin nümayişi martın 8 və 12-də Kerala ştatının Kottayam şəhərində, martın 17 və 21 isə Nilambur şəhərində baş tutacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan ekran əsəri psixoloji dram janrındadır.

Filmin ideya və ssenari müəllifi Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə