Martın 9-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə "Bayatı-Şiraz" dəstgahı" adlı konsert proqramı təqdim olunacaq. Mərkəzdən SİA-ya bildirilib ki, tədbirdə Xalq Artisti Simarə İmanova və onun tələbələri çıxış edəcəklər. Onların ifasında "Bayatı-Şiraz" dəstgahı səslənəcək. İfaçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Gecədə aktyor və bədii qiraətçisi, Əməkdar Artist, ADMİU-nun dosenti Azad Şükürovun da çıxışı dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB