Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə musiqişünas Zemfira İsmayılovanın ustad dərsi keçirilib. Baş İdarədən SİA-ya bildirilib ki, ustad dərsində solfecio fənni və onun yeni üslublarından söhbət açılıb.
Bildirilib ki, solfecio fənninin başlıca məqsədi tələbələrin musiqi duyumunun inkişafı və harmoniya fənninin praktiki məşğələləridir. Bu üslub ifaçılıq təcrübəsinə yardım edib, bir növ onun hazırlıq mərhələsini təşkil edir.
Zemfira İsmayılova "Lad və onun elementləri haqqında" və "Azərbaycan ladları" mövzusunda metodiki məruzələrlə çıxış edib.
Tədbirdə Z.İsmayılova musiqini, xüsusilə də Azərbaycan musiqisini sevməyi, ifa edilən əsərin bədii mahiyyətini dərk etməyi tövsiyə edib. Bu cür maarifləndirici tədbirlərin davamlı olmasını arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB