"Həmahəng" xalq çalğı alətlərinin konserti olacaq AÇIQLAMA

"Həmahəng" xalq çalğı alətlərinin konserti olacaq AÇIQLAMA

Bu gün Müslüm Maqamayev adına Dövlət Flarmoniyasında Azərbaycan Televiziyasının Mədəniyyət kanalının, Azərbaycan Milli Konservatoriyanın və Dövlət Flarmoniyasının birgə təşkilatçılığı ilə konsert baş tutacaq. SİA-ya bu haqda sənətşünas və tarzən Şahin Verdiyev məlumat verib: "Bu gün Müslüm Maqamayev adına Dövlət Flarmoniyasında Azərbaycan Televiziyasının Mədəniyyət kanalının, Azərbaycan Milli Konservatoriyanın və Dövlət Flarmoniyasının birgə təşkilatçılığı ilə tədbir baş tutacaq. Milli Konservatoriyanın "Həmahəng" xalq çalğı alətlərinin konserti olacaq. Orkestr yeni yaranıb. Orkestrin tərkibi Azərbaycan Milli Konservatoriyanın müəllim və tələbələrindən ibarətdir. Konsertdə Azərbaycanın musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan muğam ustadlarının iştirakı da gözlənilir. Gecədə bunlarla yanaşı bəstəkarlarımızın əsərləri də səslənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə