Xalq artistinin yaradıcılığı haqqında məruzə dinlənilib FOTOLAR

Xalq artistinin yaradıcılığı haqqında məruzə dinlənilib FOTOLAR

Florida Dövlət Musiqi Müəllimləri Assosiasiyasının konfransında görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin yaradıcılığı haqqında məruzə dinlənilib. SİA-nln məlumatına görə, konfransda Pərvin Muradova Cövdət Hacıyev haqqında məruzə ilə çıxış edib və bəstəkarın fortepiano üçün əsərləri əsasında ustad dərsi keçib.

Xatırladaq ki, Londonda beynəlxalq musiqi sərgisində Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin təqdimatı olub. Görkəmli bəstəkarın 100 illik yubileyi münasibətilə Nyu-York, Bakı, Moskva və Vyanada tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə