“Azərbaycanda davamlı turizm məhsulları” müsabiqə

“Azərbaycanda davamlı turizm məhsulları” müsabiqə

Məqalə müsabiqəsinin məqsədi: Dövlətin turizm siyasəti sahəsində həyata keçirilən tədbirlərin və aparılan işlərin cəmiyyətdə daha geniş təbliğ olunması, davamlı turizm sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması və həmin mövzularda tədqiqat və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların cəlb edilməsi, həmçinin onların apardıqları elmi tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim edilməsi, "Beynəlxalq davamlı turizm ili"nin elan etməsinə diqqətin cəlb olunması keçirilir. SİA-nın məlumatına görə, müsabiqədə aşağıdakı istiqamətlərdə təqdim edilmiş məqalələrə üstünlük veriləcək:

-hərtərəfli və dayanıqlı iqtisadi inkişaf;

-sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması;

-təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi;

-mədəni dəyərlər, müxtəliflik və irs;

-qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolunu təşviq edəcək.

Müsabiqələlər təşkilat komitəsinə 16 fevral 2017-ci il tarixdən başlayaraq 10 sentyabr 2017-ci il tarixədək təqdim oluna bilər.

İşlər rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Turizm və Menecment Universitetinə şəxsən təqdim olunmalıdır.

Tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsinin surəti

İştirakçının anket forması

Əlaqə məlumatları:

AZ1072, Bakı şəhəri, Nərmanov rayonu, K.Rəhimov küçəsi 822/23

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU)

Tel: (+994 12) 564 42 33 (daxili 126);

Fax: (+994 12) 564 42 34,

E-mail: [email protected], [email protected]

Əlavə məlumat almaq üçün ATMU-nun atmu.edu.az səhifəsinə müraciət etmək olar.

Konfransın əlaqələndirici şəxsi: Qahirə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə