Xalq yazıçısı Çingiz Abdullayev Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində qonaq olub. SİA-ya Mərkəzdən verilən məlumata görə, qurumun rəhbəri Əhməd Sami Elaydi qonağa Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə ərəb mədəniyyət mərkəzi olan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranma tarixindən, həyata keçirdiyi işlər barədə danışıb. Misir və Azərbaycan arasında mədəni əməkdaşlıq əlaqələri barədə məlumat verən diplomat bildirib ki, 2009-cu ildə Misirin geniş oxucu auditoriyası olan ən nufuzlu jurnallarından birində "Çingiz Abdullayev və Detektiv roman" adlı böyük bir məqalə dərc olunub: "Bundan əlavə gələn il Misirdə keçiriləcək "Qahirə Beynəlxalq kitab sərgisində" sizin ərəb dilinə tərcümə olunacaq əsərlərinizin təqdimatı və yaradıcılığınıza həsr olunmuş tədbir keçirilməsini məqsədəuyğun hesab edirəm."
Dəvət üçün öz təşəkkürünü bildirən xalq yazıçısı Çingiz Abdullayev deyib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin fəaliyyətini izləyir: "19 il əvvəl bu Mərkəzin açılış mərasimində şəxsən iştirak etmişəm. Misir və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsində rolunuz böyükdür və bu sahədə sizə uğurlar arzilayıram".
Səmimi keçən görüş zamanı tərəflər arasında yazıçının kitablarının ərəb dünyasında oxunması üçün ərəb dilinə tərcümə olunmasının vacibliyi vurğulanıb. Yaxın zamanlarda yazıçının əsərlərinin ərəb dilinə tərcümə olunaraq geniş ərəb dilli auditoriyaya çatdırılması istiqamətində işlərin aparılacağı və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Çingiz Abdullayevin təcrübəsi barədə tədbir keçirilməsi müzakirə olunub.
Sonda xalq yazıçısı Çingiz Abdullayevə Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB