1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub FOTO

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub FOTO

Martın 1-də Azərbaycan Xalça Muzeyində "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü" münasibəti ilə tədbir təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Xalça Muzeyinin Mülki müdafiə üzrə əməkdaşları çıxış ediblər. Qeyd olunub ki, bu tipli tədbirlərin keçirilməsində əsas məqsəd işçilərin baş verə biləcək fövqəladə hallara hazır olması, onların fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi haqqında geniş məlumatların verilməsidir.

Tədbir sonunda "İlk tibbi yardımın göstərilməsi" adlı film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə