Azərbaycan Dillər Universitetində Rumıniya və Moldovanın Bakıdakı səfirliklərinin təşəbbüsü ilə Martişor bayramı qeyd edilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən ADU-nun rektor əvəzi Əfqan Abdullayev deyib ki, bu bayram yazın ilk günü münasibətilə hər il martın 1-də bu ölkələrə qeyd edilir. Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku bayramın tarixi barədə məkumat verib. Diplomat deyib ki, bu gün Moldova və Rumıniya etnik əhalisinin məskunlaşdığı qonşu ərazilərdə həyata keçirilən bir adət-ənənədir. Buna bənzər ənənə həmçinin, Bolqarıstan, Serbiya və Makedoniyada da mövcuddur. Əsrlərlə yaşı olan Martişorun 2015-ci il noyabr ayında keçirilən sessiya zamanı çoxmillətli sənəd dosyesinin bir parçası olaraq YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınması təklifi irəli sürülüb. YUNESKO-nun 2017-ci il noyabr tarixli Nazirlər sessiyasında belə bir qərarın qəbulu planlaşdırılır.
Moldovanın Azərbaycandakı səfiri George Leuka isə ölkəsində hər il bu bayramın qədim ənənələrə uyğun olaraq keçirildiyini vurğulayıb. Moldovada yaşayan azərbaycanlıların dab u bayrama qatıldığını əlavə edib.
Daha sonar iştirakçılar martişorlardan ibarət sərgi ilə tanış olublar. Martişorun tarixinə gəlincə, arxeoloqlar bu günkü martişor əlamətlərinə bənzər iki min yaşı olan qədim əşyalar tapıblar. Bu tapıntılar boyuna taxılmaq üçün ip parçasına keçirilmiş və kulon kimi taxıla bilən ağ və qırmızı ilə rənglənən çay çınqılları olub. Bu iki rəngin ifadəsindən bəlli olduğu kimi: qırmızı rəng qadınların həyatiliyini və ağ rəng isə kişilərin müdrikliyini tərənnüm edə bilərdi. Beləliklə, martişor toxunuşu (ağ sapla qırmızı sapın bir-birinə toxunması) bu iki özülün ayrılmaz qarışığını tərənnüm edir. Hazırki dövrümüzdə, kişilər yazın rəmzi olan martişoru gənc qız və xanımlara hədiyyə edirlər, amma martişor həmçinin, qızlar tərəfindən də öz dostlarına, analarına, nənələrinə hədiyyə edilə bilər. Moldovada hələ də gənc qızların oğlanlara martişor hədiyyə etməsi adətdir. Adətə görə, ağ və qırmızı ilə toxunmuş sapa kiçik bir əşya olaraq bərkidilmiş rəmzlər, qız və ya oğlanın onun seçdiyi kəsə etdiyi arzunu ifadə edir. Ən məşhur rəmzlər uğur və xoşbəxt tale (dörd-yarpaqlı yonca, baca təmizləyən adam, at nalı) tərənnüm etməklə yanaşı, həmçinin, saflıq və sağlamlığı (novruzgülü) və cavanlığı (parabüzən, ördək balası, cücə) tərənnüm edirMartişor adətən mart ayının ilk on günündə və hətta bütün mart ayı boyunca taxılır və deyilənə görə, sahibini pis gözdən və uğursuzluqda qoruyur. Çıxarıldıqdan sonra isə martişor ağac budağından asılır – bu isə öz növbəsində həyatın dirçəlişini və onun asıldığı ağaca məhsuldarlıq gətirməsini tərənnüm edir. Əfsanəyə görə deyilir ki, martişoru ağac budağından asarkən arzu söyləyərsənsə, sənin arzun həmin il ərzində həyata keçər. Aprelin əvvəlində bir çox kəndlərdə ağaclar martişor rəmzləri və qırmızı-ağ hörüklü iplərlə bəzədilmiş olur.
.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB