ATMU əməkdaşı “Beynəlxalq həftə”də FOTOLAR

ATMU əməkdaşı “Beynəlxalq həftə”də FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin Tədqiqat və inkişaf şöbəsinin bölmə rəhbəri, kimya üzrə fəlsəfə doktoru Qahirə Məmmədova Avropa Komissiyası,Təhsil,Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin(EACEA) hakimiyyət orqanlarının dəstəyi ilə ERASMUS+ proqramları çərçivəsində Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetində keçirilən "Beynəlxalq həftə"nin iştirakçısı olub. "Beynəlxalq həftə"nin təşkilində başlıca məqsəd universitetlərarası mövcud münasibət və əməkdaşlıqları genişləndirmək,yeni tədqiqat,o cümlədən inkişaf yönümlü layihələr işləyib hazırlamaqlabərabər,fikir mübadiləsi aparmaqidi. ATMU-dan SİA-ya verilən xəbərdə bildirilir ki, dünyanın təkcə 14 iştirakçı ölkəsinin universitet təmsilçiləri "Beynəlxalq həftə"nin davam etdiyi günlərdə"ERASMUS+" və Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış "HORIZON2020" proqramları çərçivəsində tələbə və gənclərin inkişafını dəstəkləyənstartap, həmçinin gələcək çağırışlara istiqamətlənən layihələr konteksində fikir mübadiləsi aparıblar. Qeyd etmək lazımdır ki, beynəlxalq həftənin çərşənbə günündəki iş qrafikində nəzərdə tutulan süfrə təqdimatında tədbir iştirakçılarına Azərbaycan mətbəxinə aid kitablar və milli şirniyyatlar təqdim edilib.

Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetindəturizm üzrə tanınanprofessorlarla keçirilən görüşlər nəticəsində "Davamlı turizm" üzrə işçi seminarın Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə