Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Bakı Marionet Teatrını ziyarət edib. SİA-ya səfirlikdən verilən məlumata görə, diplomat teatrın direktoru Tərlan Qorçu ilə görüşüb və iki ay öncə açılmış teatr binası ilə tanış olub. Səfir Labardini Meksika-Azərbaycan münasibətlərində mədəni əlaqələrin rolunun vacibliyini qeyd edib. Bu xüsusda, Meksikada kukla teatrı incəsənətinin inkişaf etdirildiyini, hər iki ölkənin bu sahəsinin nümayəndələri arasında mümkün əməkdaşlığı vurğulayıb. Tərəflər bu cür əlaqələrin qurulması, birgə layihələrin keçirilməsi və Meksika kukla teatrı incəsənətinin Bakı Marionet Teatrında nümayiş olunmasını mümkün hesab ediblər. Görüşdə qarşılıqlı tanıtım və yaxınlaşmaya yol açan mədəni mübadilə qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB