Azərbaycanlı aktrisa xəstəxanalıq oldu AÇIQLAMA-FOTO

Azərbaycanlı aktrisa xəstəxanalıq oldu AÇIQLAMA-FOTO

Əməkdar artist Naibə Allahverdiyevanın qəfildən səhətti pisləşib. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: "Evdə bir anda səhhətimdə problem yarandı. Dərhal Təcili Tibbi Yardıma zəng etdim. Məni xəstəxanaya apardılar. 2 gündür xəstəxanadayam. Hazırda da çox pisəm, özümü yaxşı hiss etmirəm. Danışa belə bilmirəm. Həkim nəzarəti altındayam. Həkimlər səhhətimdə problemin yaranmasını yüksək təziqimin olması ilə əlaqələndirirlər. Həkimlər məndən analizlər götürüb. Cavabı bu gün bəlli olacaq. Xəstəxanadan evə nə vaxt buraxılacağım bəlli deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə