Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunnuş tədbir keçirilib

Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunnuş tədbir keçirilib

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və himn səslənib.

Tədbiri rejissor Şeyx Əbdül Mahmudov açaraq, Xocalı soyqırımı haqqında danışıb: "26 fevral Xocalı faciəsində baş vermiş hadisələr qan yaddaşımızdır. Bu tarixi unutmamaq mənəvi borcumuzdur. Ermənilər təsadüfi düşmən deyil. Onlar illərin apardığı siyasətin nəticəsində Xocalı faciəsini törətdilər. Ermənilərin yalançı tarixi var. Onlar bizim mədəniyyəti mənimsəyib, dünyaya özlərininki kimi təqdim edirlər. Hazırda Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın yürütdüyü müstəqil siyasət nəticəsində bütün təxribatların qarşısı uğurla alınır".

Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin orkestrinin ifasında "Qələbə" uvertürası, Azərbaycan Dövlət Pantomim Teatrının ifasında "Şəhidlər" balladası oxunub.

Mərasimdə Bakı Şəhər Kino Xidməti İdarəsinin hazırladığı Xocalı faciəsinə həsr olunmuş ssenari müəllifi və rejissor Gültəkin Nərimanın "92-ci ilin qarı" adlı sənədli film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə