Səbail rayonunda Xocalı faciəsinin 25-ci ildönümü anılıb FOTOLAR

Səbail rayonunda Xocalı faciəsinin 25-ci ildönümü anılıb FOTOLAR

Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib: " Xocalı faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanılıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə olkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib".

Tədbirdə çıxış edən xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Daha sonra rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan məcburi köçkünlərlə birgə Sahil bağında rayon orta məktəblərinin şagirdlərinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm müsabiqəsinə təqdim olunan rəsmlərdən ibarət sərgi ilə tanış olublar. Şagirdlər müxtəlif rəngli boya, quaş, akvarel, karaşdaşlarla çəkdikləri rəsmlərində faciənin müxtəlif məqamlarını əks etdiriblər. Sərgi çox böyük maraqla izlənilib. Xocalıların da iştirak etdiyi münsiflər heyətinin qərarı ilə qaliblər müəyənləşdirilib. Onlar və müsabiqədə fərqlənən bir qrup məktəbli Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə