“İçərişəhər”də Xocalı faciəsinə aid foto sərgi

“İçərişəhər”də Xocalı faciəsinə aid foto sərgi

24-26 fevralda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Xocalı faciəsinin 25 illiyinə həsr edilmiş "Xocalı-gözlərdə donan tarix" adlı foto sərgisi keçiriləcək. Bu barədə SİA-ya idarədən məlumat verilib.

İçərişəhərdə - Qoşa qala qapılarının yaxınlığındakı meydanda, açıq səma altında təşkil olunacaq "Xocalı-gözlərdə donmuş tarix" adlı foto sərgidə faciəni yaşamış insanların portretləri nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə