Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Mərkəzi Elmi Kitabxanasının(MEK) fondların formalaşdırılması bölməsinə fevral ayında təqdim edilmiş kitab və jurnalların, sənədlərin təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən bölmənin rəhbərin Qönçə Cəlilova bildirib ki, kitabxanaya yerli müəlliflərin əsərləri ilə yanaşı, xarici müəlliflərin də əsərləri daxil olur: "MEK beynəlxalq kitab mübadiləsi mərkəzidir. Biz Almaniya, Türkiyə, Polşa, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrlə kitab informasiya mübadiləsi aparırıq. Fevral ayında ümumilikdə fonda 114 kitab və 57 jurnal hədiyyə edilib".
Daha sonra həmin əsərlər və sənədlər slaydla təqdim olunub. Azərbaycan Dillər Universitetinin regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın "Norveç etnoqrafiyası", Nəsiman Yaqublunun M.Ə.Rəsulzadə barədə əsəri, Akif Aşırlının Xocalı, Yunus Oğuzun Nadir şah romanı haqqında təqdimat zamanı məlumat verilib.
Y.Oğuz və digər müəlliflər çıxış edərək belə tədbirlərin əhəmiyyətinə toxunub və müasir gənclərin daha çox kitaba meyl etməsinin vacibliyini önə çəkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB