Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının üzvləri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 8 sentyabr 2016-cı il tarixində İndoneziya Xalq Konsultativ Konqresinin sədr müavini Osman Sapta Odanq ilə keçirilən görüşü xatırladaraq, həmin görüşdən sonra ölkə başçımızın tapşırığı ilə İndoneziya vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edildiyini bildirib.
İndoneziya Respublikası Parlamentinin nümayəndələri qarşılıqlı əlaqələrə maraq göstərdiklərini, mədəniyyət və turizm sahələri üzrə konkret işlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Görüş zamanı İndoneziyadan Səudiyyə Ərəbistanı Krallığının Umre ziyarətinə gedən şəxslərin turist kimi Azərbaycana səfərlərinin təşkili məqsədilə birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.



İki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığa dair hüquqi normativ bazanın yaradılması istiqamətində ilkin layihələrin hazırlanması və İndoneziya tərəfinə təqdim olunmasına dair qərar qəbul edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB