"100 dollar sabahın xeyir"

Martın 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Teatr Atonelli" Gürcüstan Teatrının quruluşunda İnqi Qaruçava və Pyotr Xotyanovskonun "100 dollar sabahın xeyir" tamaşası nümayiş olunacaq. SİA-nın məlumatına görə, Tbilisi Teatrının hazırladığı lirik komediyanın rejissoru Keti Dolidzedir. Dörd aktyorun rol aldığı tamaşada Nana Paçuaşvili, Nineli Çankvetadze, Nuqzar Ruxadze və Ramaz İoseliani çıxış edəcək. Bakıda ilk dəfə qastrol səfərində olacaq teatrın tamaşası yalnız bir gün nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə