Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) təhsil, tədris, təcrübə, təlim modelinə müvafiq olaraq beynəlxalq əlaqələrin genişlənməsində hər zaman maraqlıdır. SİA-nın məlumatına görə, ötən ilin son günlərindən ali təhsil müəssisəsi ilə "Asiya-Sakit Okean Turizm Assosiasiyası" (PATA) arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan danışıqlar müsbət nəticələnib. ATMU adıçəkilən təşkilata üzv qəbul edilib. 1951- ildən fəaliyyət göstərən, qeyri-kommersiya təşkilatı olan PATA-nın mərkəzi ofisi Tailand Krallığının paytaxtı Banqkok şəhərindədir. Təşkilatın 800-dən çox üzvü sırasında dünya turizm sənayesində layiqli yer tutan onlarla turizm təşkilatı, o cümlədən dövlət qurumları, universitetlər, aviaşirkətlər, hava limanları və turizm agentlikləri var. "Asiya-Sakit Okean Turizm Assosiasiyası"nın (PATA) başlıca məqsədi turizm sənayesində təmsilçilik hüququ qazanan təşkilatlarla mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, insan kapitalından düzgün istifadə strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi, dinamik inkişaf edən turizm sektorunda gənclərin, xüsusən tələbələrin aktiv iştirakının təmin edilməsindən ibarətdir. ATMU-nun daha bir nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilməsi universitetin turizm təhsili arenasında daha da tanınmasına, tələbələrin yay tanışlıq və istehsalat təcrübəsi imkanlarının getdikcə genişlənməsinə, bir sözlə təhsilin beynəlxalq əlaqələr müstəvisində təşkilinə zəmin yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB