Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Xocalı faciəsi dünyanın gözü ilə" adlı tədbir-sərgi keçirilib. SİA-nın məlumatına görə, muzeydə təşkil olunan sərgidə 30 fotoşəkil nümayiş olunub. Həmin fotoşəkillər sübut edib ki, Xocalı faciəsi dünyanın bir sıra ölkələrində tanınır, 25 il ərzində müxtəlif millətlərin nümayəndələrinin bu hadisə ilə bağlı məlumatları var.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Xocalı faciəsinin canlı şahidləri və sakinləri Mərkəz Quliyev və Samirə Hüseynova, şair-publisist Fesin Alioğlu çıxış ediblər. Onlar həmin gecə yaşanan vəhşiliklədən söz açıblar.
Tədbirdə Xocalı şəhəri 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı "Xocalıya ədalət" adlı kompozisiya nümayiş olunub.
Qeyd edək ki, tədbirdə Xocalı şahidləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB