Uşaqlar üçün rəsm müsabiqəsi elan edilib

Uşaqlar üçün rəsm müsabiqəsi elan edilib

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Xətai rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə respublika uşaq rəsm müsabiqəsi elan olunub. SİA-nın məlumatına görə, "Yurdumuza bahar gəlir" adlı rəsm müsabiqəsinə 15 yaşadək olan uşaqlar qatıla bilər. Müsabiqəyə təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 10-da bitəcək.

Sonda qaliblər mükafatlandırılacaq və Bakı Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərgi açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə